Bakı 0˚C Cloudy

Sədr İranla bağlı sualdan yayındı

Siyasət 15:12 26 okt, 2022
Sədr İranla bağlı sualdan yayındı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə jurnalistlərin İranla bağlı sualına cavab verməkdən imtina edib.

Qazet.az-ın xəbərinə görə, bir qrup jurnalist Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutan Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayında qonaq qismində iştirak edən A.Paşazadəyə İranın ölkəmizə qarşı hazırki mövcud münasibətləri ilə bağlı sual ünvanlayıblar.

Lakin şeyxülislam Allahşükür Paşazadə jurnalistlərin suallarından yayınıb və mühafizəçilərin əhatəsində zalı tərk edib.