Sədr vətəndaşları qəbul edəcək
Biznes
13:35 17 okt, 2022
Oktyabrın 21-də, saat 11:00-da Dövlət Gömrük Komitəsi sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Astara, Lerik və Lənkəran rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qazet.az-ın Komitəyə istinadən verdiyi məlumata görə, qəbul Astara şəhərindəki Heydər Əliyev Mərkəzində (İstiqlaliyyət küçəsi, 26 b) keçiriləcək.
Qəbulda iştirak etmək istəyənlər "195" Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla və yaxud Komitənin internet səhifəsinin "Müraciətlər" və "Virtual qəbul" bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.