Bakı 4˚C Mostly cloudy

Sədr vətəndaşları qəbul edəcək

Siyasət 13:05 08 dek, 2022
Sədr vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 14-də Gəncə, Naftalan şəhərləri, Goranboy, Samux, Göygöl, Daşkəsən, Kəlbəcər, Xocalı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Komitədən Qazet.az-a bildirilib ki, qəbul Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzində saat 11:00-da keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

DQİDK-nın bölgə şöbə müdiri Həsən Məmmədovun əlaqə vasitələri: (022) 256 91 14, (055) 218 52 95, (070) 264 01 07, E-mail: [email protected] .