Bakı 15˚C Intermittent clouds

Səfəvi şahlarının görkəmi necə olub? - FOTOLAR

Maraqlı 11:55 03 yan, 2023
Səfəvi şahlarının görkəmi necə olub? - FOTOLAR

Jurnalist, bloger Cavid Ağa Səfəvi imperiyası dövrünün rəhbərlərinin süni intellekt vasitəsilə yenilənmiş görüntülərini paylaşıb.

Qazet.az xəbər verir ki, bloger bunun üçün "MidJourney" saytından istifadə edib.

Nəticədə 1538-1736-cı illərdə hakimiyyətdə olan bütün Səfəvi hökmdarlarının yeni görüntüləri ərsəyə gəlib.

Süni intellektdə əsas maraq doğuran məqam isə ilk hökmdar, şair Şah İsmayıl Xətainin kürən olaraq təsvir olunmasıdır.

Bu rəylərdə də öz əksini tapıb və geniş söz-söhbətə səbəb olub.

Qeyd edək ki, 2022-ci ilin iyulun 12-si yaradılan müstəqil tədqiqat mərkəz saytı olan "Midjourney" OpenAI's DALL-E və Stable Diffusion vasitəsilə süni intellekt əli ilə çəkilən şəkillər silsiləsini əks etdirir. Sayta David Holts rəhbərlik edir.