Bakı 16˚C Mostly cloudy

Səfir: "ABŞ Azərbaycan və Ermənistan arasında problemlərin həllinə kömək etməyə hazırdır"

Gündəm 17:13 04 okt, 2021

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Lisenberger jurnalistlərə bildirib

Səfir: "ABŞ Azərbaycan və Ermənistan arasında problemlərin həllinə kömək etməyə hazırdır"

"ABŞ Azərbaycan və Ermənistan arasında problemlərin həlli üçün hər hansı imkanlar axtarışındadır".

Qazet.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Lisenberger jurnalistlərə bildirib.

O, buna misal kimi, ötən həftə Nyu-Yorkda ABŞ-ın Dövlət katibinin müavini Viktoriya Nulandın Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə ayrı-ayrılıqda görüşlər keçirməsini göstərib.

“Hər kəsə məlumdur ki, ölkələr arasında həll edilməmiş problemlər indiyədək qalmaqdadır. Bu uzun bir proses olacaq və bu problemləri həll etmək üçün görüşlər və birgə fəaliyyət tələb olunacaq”, - ABŞ səfiri deyib.

Xatırladaq ki, BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland ilə görüşüb.