Bakı 15˚C Sunny

Səfir Azərbaycan xalqını təbrik etdi - VİDEO

Siyasət 10:20 18 okt, 2022
Səfir Azərbaycan xalqını təbrik etdi  - VİDEO

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old Obe 18 oktyabr- Azərbaycanın müstəqillik gününə özəl video paylaşıb.

Qazet.az xəbər verir ki, rəsmi "Tvitter" hesabında edilən paylaşımın başlığında "Müstəqilliyin mübarək, Azərbaycan" sözləri yazılıb. 

Videoda səfir Azərbaycan dilində danışır və 18 oktyabrın tarixi mahiyyətindən bəhs edir. Təbrikdə səfir Ferqus Old Böyük Britaniya-Azərbaycan əlaqələrinə də toxunub. 

Qeyd edək ki, Ferqus Old Obe bu il ölkəmizə səfir təyin olunub.