Səfir fəaliyyəti ilə bağlı video paylaşdı

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old Obe ölkəmizdəki fəaliyyəti ilə bağlı video paylaşıb.
Qazet.az xəbər verir ki, səfir rəsmi "Tvitter" hesabında fəaliyyəti ilə bağlı videoya "Azərbaycanda A-dan G-yə Britaniya səfiri olaraq priroritetlərim var. Bəs, F nədir?" başlığından istifadə edib.
Videoda deyilir:
"Azərbaycan 30 ildir ki, Böyük Britaniya üçün vacib tərəfdaşdır. Böyük Britaniyanın Azərbaycandakı səfiri olaraq beş əsas prioritetim bunlardır:
Azərbaycan
Biznes
İkitərəfli ticarəti və investisiyaları artırmaq eləcə də beynəlxalq biznes üçün ən yaxşı mühitin yaradılmasında Azərbaycana kömək etmək
C - Climate change and energy security - İqlim dəyişikliyi və enerji təhlükəsizliyi
Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayarkən Azərbaycana iqlim dəyişikliyinə uyğunlaşmaqda və aşağı karbonlu iqtisadiyyata keçiddə kömək etmək.
D- demining, defence and drugs - minatəmizləmə, müdafiə və narkotiklər
Regionun ən mühüm təhlükəsizlik problemlərinin həllində Azərbaycanla tərəfdaş olmaq.
E-education - təhsil
Dünya səviyyəli ingilis dili tədrisi və imtahanları vasitəsilə Azərbaycanın istedadlı gənclərin potensialına çatmasına kömək etmək və parlaq universitetlərimizdə təhsil alan azərbaycanlıların sayını artırmaq
G- gender
Qadınlar və qızların Azərbaycanın gələcəyinə töhfə verməsi üçün dəstəklənməsi.
Bəs F nədir?"
These are my priorities as British Ambassador in Azerbaijan from A to G. So what’s the F? pic.twitter.com/IkF47z4i9K
— FergusAuldFCDO (@FergusAuldFCDO) October 25, 2022