Bakı 5˚C Mostly cloudy

Səfir: “Malayziya şirkətləri Qarabağın bərpası layihələrində iştirak etməyə hazırdır”

Xəbərlər 12:51 26 avq, 2022
Səfir: “Malayziya şirkətləri Qarabağın bərpası layihələrində iştirak etməyə hazırdır”

Malayziya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində infrastrukturun bərpası layihələrində iştirak etməyə hazırdır.

Qazet.az xəbər verir ki, bu barədə jurnalistlərə Malayziyanın Azərbaycandakı səfiri Dato Yubazlan Bin Yusof məlumat verib.

Onun sözlərinə görə, bu məsələdə Malayziya şirkətləri texnologiyalar, enerji, bərpa olunan enerji mənbələri və s. sahələrdə öz təcrübələrini təklif etməyə hazırdır.

Səfir bildirib ki, ümumilikdə Malayziyanın mövqeyi dəyişməz olaraq qalır və ölkəsi ərazi bütövlüyü məsələsində əvvəlki kimi Azərbaycanı dəstəkləyir.