Bakı 11˚C Partly sunny

Səfir: "Ukrayna dostlarının və tərəfdaşlarının köməyi ilə müharibədə qalib gəlməyə qadirdir"

Xəbərlər 12:51 10 dek, 2022
Səfir: "Ukrayna dostlarının və tərəfdaşlarının köməyi ilə müharibədə qalib gəlməyə qadirdir"

"Ukrayna ordusu və xalqının, eləcə də dostlarımızın və tərəfdaşlarımızın köməyi sayəsində müharibədə qalib gəlməyə hazırıq və buna qadirik".

Qazet.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski jurnalistlərə açıqlamasında deyib.

Doqquz aydır müharibənin davam etdiyini xatırladan səfir bildirib ki, Ukrayna öz ərazilərini işğaldan azad etmək üçün mübarizə aparır: "Düşmən döyüş meydanındakı məğlubiyyətini dinc əhalini atəşə tutmaqla kompensasiya etməyə çalışır. Dinc şəhərlər, sivil infrastruktur atəşə tutulur. Bu il fevralın 24-dən indiyədək Ukrayna ərazisinə atılan raketlərin 70 faizə yaxını mülki infrastrukturu hədəf alıb. Ukraynanın enerji infrastrukturunun atəşə tutulmasının məqsədi xalqı qorxutmaqdır, eləcə də işıqdan, istidən, kommunikasiyadan məhrum etməkdir. Amma düşmən tam başqa reaksiya ilə qarşılaşır, Ukrayna xalqı və dünya birliyi daha da sıx birləşir".