Səfirlə ətraf mühitin mühafizəsi məsələləri müzakirə olunub
Cəmiyyət
15:24 22 noy, 2022

Macarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Qazet.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Macarıstan arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.