Bakı 27˚C Windy

Səfirliklərin mühafizəsi üçün xərclərin artırılması təklif olunur

Cəmiyyət 13:22 11 noy, 2022
Səfirliklərin mühafizəsi üçün xərclərin artırılması təklif olunur

“Azərbaycanın səfirliklərinin mühafizəsi gücləndirilməli, bunun üçün xərclər artırılmalıdır".

Qazet.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında deputat Elşən Musayev deyib.

“Düzdür, səfirliklərimizin təhlükəsizliyinin gücləndilməsini yerləşdikləri ölkələr təmin etməlidir. Ancaq son vaxtlar baş verən hadisələrə görə bunu biz təmin etməliyik. Təklif edirəm ki, gələn ilin dövlət büdcəsindən səfirliklərimizin mühafizəsi üçün xərclər artırılsın”, - deyə o, qeyd edib.