"Səfirliyin avtomobilinə edilən hücum birbaşa terrorizmdir" - AÇIQLAMA
Oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan Respublikasının Vaşinqtonda (ABŞ) yerləşən səfirliyinin xidməti avtomobili atəşə tutulub. Hadisənin təfərrüatları tam açıqlanmasa da, kamera görüntüləri və lazımi materiallar ABŞ qurumlarına göndərilib. ABŞ-ın müvəqqəti işlər vəkili hadisə ilə bağlı dərhal Azərbaycan XİN-ə çağırılıb.
Hadisə mediada əks-səda doğurub. Siyasi məsələlərdə bu hal müəyyən hallarda terror kimi də qiymətləndirilə bilir.
Məsələ ilə bağlı Ankara Hacı Bayram Vəli Universitetinin Jurnalistika fakültəsinin dekanı, professor Zakir Avşar Qazet.az-ın müxbiri Azad Nuriyevə eksklüziv açıqlama verib.
O, hadisəyə belə şərh verib:
“Diplomatik nümayəndələr və məsul şəxslər Vyana Konvensiyasına əsəsən yerləşdiyi ölkənin mühafizəsi altındadır. Bu kimi dövlət qurumlarına edilmiş hücum, həmçinin hadisənin baş verdiyi ölkənin ictimai asayişinə yönələn bir haldır. Digər tərəfdən diplomatik missiyanı həyata keçirən ölkəyə də yönəlmiş bir hücum hesab olunur.
Azərbaycanın tarixi torpaqlarının uzun müddət işğal altında saxlayan və bu mövzuda beynəlxalq qətnamələri, BMT və ATƏT-in qərarlarını heçə sayan Ermənistan güclü Azərbaycan ordusu qarşısında məğlub olub, bununla belə bu ölkə hələ də hüquqları pozaraq sülhə mane olmağa çalışır. Erməni diasporunun Qafqar reallıqlarından uzaq, hüquqsuz, insan haqlarına sığmayan hərəkətləri özünü dünyanın hər yerində göstərir. ABŞ başda olmaqla, bir çox ölkədə Azərbaycan və Türkiyə vətəndaşlarına, onların iş yerlərinə, müəssisələrinə və diplomatik nümayəndəliklərinə yönəlmiş vəhşi rəftar sərgiləyirlər. Bu hücumların xoşluqla qarşılanması və bir haqq vermək baxımından dəyərləndirilməsi mümkün deyil.
Azərbaycan və Ermənistan arasında əldə ediləcək sülh Qafqaz regionu baxımından önəmlidir. Emənsitanın Türkiyə ilə münasibətləri Azərbaycanla münasibətlərinə bağlıdır. Azərbaycan tərəfindən qəbul edilməyən bir halın meydana çıxması Türkiyə tərəfindən də qəbul edilməyəcək deməkdir.
Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq qəbul etməsi, və Türk millətinə yönələn bu cür rəftarını dayandırması bu ölkənin gələcəyi baxımından mühümdür.
Kasıb, zəif və xarici siyasətə açılan qapısı olmayan kiçik bir ölkə olan Ermənistanın həyatda qala bilməsi üçün Azərbaycan və Türkiyə ilə xoş münasibətləri inkişaf etdirməkdən başqa şansı yoxdur.
Nə diasporanın, nə də Ermənistanı uzaqdan-uzağa dəstəkləyən ölkələrin 44 günlük Qarabağ döyüşlərində heç bir təsirinin olmadığı ortaya çıxdı.
Buna görə də, edilən bu hücum birbaşa terrorizm fəaliyyətidir.
Silahlı hücum Praqada baş tutan sülh razılaşmasına yönələn bir sui-qəsd cəhdidir. Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş Naziri Nikol Paşinyanın Praqadakı görüşü sülh üçün vacib bir yoldur. Bu yolun davam etməsi hər kəsin leyhinədir.
Bu baxımdan ABŞ hökumətinin və mühafizə orqanlarının bu şiddət dolu cəhdləri və zorakılıq aktlarının qarşısını almağı beynəlxalq hüququn, həm də daxili hüququn tələbidir.
Hücuma məruz qalan Azərbaycan diplomatik nümayəndəliyinə “keçmiş olsun” deyirəm.