Bakı 6˚C Dreary

Səhər tezdən oyanmağa nifrət edən bürclər - Yatağan dördlük

Maraqlı 08:30 28 dek, 2022
Səhər tezdən oyanmağa nifrət edən bürclər - Yatağan dördlük

Bəzi insanlar yuxuya olan həvəsləri ilə ön plana çıxır. Onlar heç vaxt səhər tezdən durmağı sevmirlər. Onlar üçün səhər yuxusu əvəzedilməzdir. Bu şəxslər bəzən çox önəmli işlərini belə sırf səhər gec oyanmaq üçün təxirə sala bilirlər.

Qazet.az səhərlər yuxudan oyana bilməyən bürclərin siyahısını təqdim edir:

Tərəzi

Hər zaman öz başına düşünməyi bacaran Tərəzilər yuxusundan oyandırılmağı sevmirlər. Tənbəlliyi sevdikləri üçün yatmağı da sevirlər. Lakin səhər gec oyanacaqlarını nəzərə aldıqları üçün, işlərini də ona uyğun planlaşdırır və hər şeyi zamanında təhvil verməyi bacarırlar.

Xərçəng 

Xərçəng yatmağı, dincəlməyi və ümumiyyətlə evdə olmağı xoşlayır. Onlar hətta yatmaqla depressiyadan qurtulacaqlarına da inanırlar. Bu səbəbdəndir ki, xərçənglər əhvalları yaxşı olmayanda dərhal yatağa üz tuturlar.

Əqrəb

Əqrəb yorğunluğunu yuxu ilə çıxarır. Ona görə də səhər tezdən durmaq onun üçün deyil. Yuxularını bölən insanlar əqrəbin gözünün düşmənidir.

Buğa

Tənbəllik deyəndə ilk ağılagələn insanlar olan buğaların siyahıda olmaması təəccüblü olardı. Əslində buğalar üçün yuxunun səhər, günorta ya da axşam olması o qədər də fərq etmir. Əsas odur ki, narahat edilmədən yata bilsinlər.