Şehiç “Qarabağ”ın düşərgəsində - Foto
İdman
10:01 10 yan, 2023
“Konyaspor” və Bosniya və Herseqovina millisinin qapıçısı İbrahim Şehiç “Qarabağ”ın düşərgəsini ziyarət edib.
Qazet.az xəbər verir ki, Ağdam klubunun sabiq qapıçısı futbolçu və məşqçi heyəti ilə görüşüb.
34 yaşlı qolkiper “Jelezniçar”, “Mersin İdman Yurdu”nda oynadıqdan sonra 2013-cü ildə “Qarabağ”a keçmişdi.
O, beş illik Azərbaycan karyerasından sonra 2018-ci ildə “Ərzurumspor”la anlaşmışdı. Təcrübəli qapıçı iki ildir “Konyaspor”un qapısını qoruyur.