Bakı -2˚C Windy

"Şəhid bacısı” adı altında pul toplayan kişi saxlanılıb

Gündəm 16:22 21 sen, 2022
"Şəhid bacısı” adı altında pul toplayan kişi saxlanılıb

Sosial şəbəkə seqmentlərində “şəhid bacısı” adı altında feyk profillər vasitəsilə vətəndaşlardan onlayn pul toplayan şəxs müəyyən olunub.

Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə 2000-ci il təvəllüdlü Elşad Quliyev saxlanılaraq məsuliyyətə cəlb edilib.

O törətdiyi əməli etiraf edib.

Araşdırmalar davam etdirilir.