Bakı 27˚C Mostly cloudy

Şəhid İsmayılzadə Səməndərin anım mərasimi keçirildi - FOTOLAR

Gündəm 18:00 30 okt, 2021

İsmayılzadə Səməndər Vahid oğlunun şəhadətə ucaldığı gündən bir il ötür

Şəhid İsmayılzadə Səməndərin anım mərasimi keçirildi <span style="color:red">- FOTOLAR</span>

Bu gün 30.10.2021-ci il torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, İsmayılzadə Səməndər Vahid oğlunun şəhadətə ucaldığı gündən bir il ötür.

Qazet.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş İsmayılzadə Səməndərin il mərasimi keçirilib. Şəhidin ildönümü mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri, qazilər, Milli məclisin deputatı Səbinə Xasayeva, Qaradağ Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Ədalət Abbasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin rəisi Vüqar Seyidov, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra şəhid ailəsinin ailə üzvləri çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, şərəfli həyat və döyüş yolundan söz açıblar. Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə  minnətdarlıqlarını bildiriblər.

Şəhid İsmayılzadə Səməndərin anım mərasimi keçirildi- FOTOLAR
Şəhid İsmayılzadə Səməndərin anım mərasimi keçirildi- FOTOLAR