Bakı -4˚C Rain

Şəhid jurnalistlər “TÜRKSOY Media Mükafatı”na LAYİQ GÖRÜLDÜ 

Gündəm 17:48 25 sen, 2021

Bu gün  yerli və xarici media təmsilçilərinə “TÜRKSOY Media Mükafatı”nın təqdimetmə mərasimi keçirilib

Şəhid jurnalistlər “TÜRKSOY Media Mükafatı”na LAYİQ GÖRÜLDÜ 

Bu gün Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanda yaşanan tarixi hadisələri, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə obyektiv çatdıran və yayımlayan yerli və xarici media təmsilçilərinə “TÜRKSOY Media Mükafatı”nın təqdimetmə mərasimi keçirilib. 


 Qazet.az xəbər verir ki, tədbirin əvvəlində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. 

Daha sonra şəhid jurnalistlərin fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

 Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov informasiya savaşında ölkəmizlə birgə olan, dəstək göstərənlərə də təşəkkürünü bildirib.