Şəhid oğluna vəzifə verildi - FOTO
Şəhid oğlunun işə qəbulu Füzuli Rayon İcra Hakimiyyətində rəsmiləşdirilib
Şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına diqqət tədbirləri çərçivəsində şəhid övladı işlə təmin olunub.
Qazet.az Modern.az-a istinadən xəbər verir ki, şəhid oğlunun işə qəbulu Füzuli Rayon İcra Hakimiyyətində rəsmiləşdirilib.
Vətən müharibəsinin şəhidi Üzeyir Qəhrəmanovun oğlu Xəlil Qəhrəmanlı Füzuli rayon İcra Hakimiyyətinin başçısının Aparatında dövlət qulluğuna işə qəbul olunub.
Xəlil Qəhrəmanlı 1998-ci ildə Füzuli rayonu Bala Bəhmənli kəndində anadan olub, 2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini İqtisadiyyat ixtisası üzrə bitirib.
2021-ci ildə Dövlət İmtahan Mərkəzinin dövlət qulluğu vəzifəsi üzrə test imtahanında iştirak edərək, müvəffəqiyyət qazanıb və müvafiq sertifikat əldə edib.