Bakı 9˚C Intermittent clouds

"Vəziyyət müsbətə doğru gedir" - Səhiyyə Nazirliyi yoluxmalardan danışdı

Cəmiyyət 17:36 15 sen, 2021

Yoluxma sayında azalma müşahidə olunur

"Vəziyyət müsbətə doğru gedir" - <span style="color:red">Səhiyyə Nazirliyi yoluxmalardan danışdı</span>

“Hazırda ölkədə epidemioloji vəziyyət müsbətə doğru gedir. Yoluxma sayında azalma müşahidə olunur”.

Qazet.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.

O bildirib ki, sağalan insanların sayı yeni yoluxanları üstələyib: “Bu, xəstəxana yükünün azalmasında özünü göstərir. Bunlar müsbət dinamikadan xəbər verir. Yoluxmaların daha çoxu Bakı şəhərində olur”.

“Əksər xəstəliklərin kəskin alovlanma dövründə peyvənd vurdurula bilməz. Xəstəlik idarəolunan səviyyəyə düşəndə vaksin vurula bilər. Təbii ki, insanlar həkimə müraciət edərək xəstəliyin hansı dövrdə olduğunu öyrənə bilərlər. Həkim məsləhətindən sonra peyvənd vurdurmaq olar”, - o bildirib.