Bakı 6˚C Dreary

Səhiyyə Nazirliyi: "Peyvəndin vaxtında vurdurulması daha məqsədəuyğundur"

Cəmiyyət 17:17 20 okt, 2021

Müəyyən vaxt keçdikdən sonra peyvənd olunması tövsiyə olunur

Səhiyyə Nazirliyi: "Peyvəndin vaxtında vurdurulması daha məqsədəuyğundur"

“Peyvəndə olan əks-göstərişlərin bəziləri müvəqqəti xarakter daşıyır. Müəyyən vaxt keçdikdən sonra peyvənd olunması tövsiyə olunur”.

Qazet.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis- eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O qeyd edib ki, peyvəndin vaxtında vurdurulması daha məqsədəuyğundur:

"Əgər kimsə COVID-19-a yoluxaraq xəstələnib və rəsmi şəkildə qeydiyyata düşübsə, immun sertifikatı alır. 6 aydan sonra vaksin olunmalıdır ki, onun immun sertifikatının müddəti uzadılmış olsun. Xəstəlik keçirib peyvənd olunursa, onun immun sistemi daha da güclənir".