Səhiyyə Nazirliyi valideynlərə müraciət edib
Valideyn övladının səhhəti barədə daim məlumatlı olmalıdır
Səhiyyə Nazirliyi məktəblilərin valideynlərinə müraciət edib.
Qazet.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov məktəblilərin peyvənd olunmayan qrupa aid olduğunu bildirib.
O xatırladıb ki, azyaşlılar koronavirusu böyüklərə nisbətdə yüngül keçirsələr belə, müəllimlərə ötürə bilərlər: “Baxmayaraq ki, müəllimlərin 80 %-i peyvənd olunsa da, onlar evdəkiləri yoluxdura bilər".
Distant təhsilin effekt vermədiyini bildirən infeksionist dövlətin də məktəblərin bağlanmasını istəmədiyini qeyd edib.
"Buna görə də valideyn çalışmalıdır ki, övladının səhhəti barədə daim məlumatlı olsun. Yaxşı olardı, evdə səhər-axşam övladlarının hərarətlərini ölçsünlər. Xəstəliyindən asılı olmayaraq xəstə uşağı məktəbə buraxana qədər aşkarlamaq lazımdır. Çünki bilmədən məktəbə getdiyi vaxt ərzində şagirdlər yol boyu yoluxma sayını artırmış olur”.