Səhiyyə sahəsində dövlət-özəl tərəfdaşlığına dair memorandum müzakirə edilib
Biznes
09:51 05 noy, 2022
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Türkiyənin "CCN Şirkətlər Qrupu" arasında imzalanmış səhiyyə infrastrukturunun inkişafı və səhiyyə xidmətlərinin təşkili sahəsində dövlət-özəl tərəfdaşlığına dair memorandumla bağlı müzakirələr aparılıb.
Qazet.az xəbər verir ki, bunu KOBİA-nın sədri Orxan Məmmədov tviterdə bildirib.
Onun sözlərinə görə, müzakirələr Azərbaycan-Türkiyə iş forumu çərçivəsində baş tutub.