Şəhriyar Məmmədyarov Karlsenə məğlub oldu
İdman
11:24 26 yan, 2022
37 yaşlı qrossmeyster IX turda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb. Qara fiqurlarla oynayan Məmmədyarov 26-cı gedişdə rəqibinə uduzub.

Aərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərindəki “Tata Steel Chess” turnirində növbəti görüşünü keçirib.
Qazet.az xəbər verir ki, 37 yaşlı qrossmeyster IX turda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb. Qara fiqurlarla oynayan Məmmədyarov 26-cı gedişdə rəqibinə uduzub.
Xallarını 6,5-ə çatdıran Karlsen vahid lider, 5,5 xalı olan Məmmədyarov isə 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Ş. Məmmədyarov növbəti turda ABŞ təmsilçisi Sem Şankland ilə qarşılaşacaq.