Bakı 9˚C Intermittent clouds

Səhv edən hakim karyerasını bitirib

İdman 16:12 05 yan, 2023
Səhv edən hakim karyerasını bitirib

Türkiyəli futbol hakimi Özgüç Türkalp karyerasını başa vurub.

Qazet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 49 yaşlı referi Türkiyə Super Liqasının XVI turunda keçirilən "Sivasspor" – "Qalatasaray" oyunundan sonra bu addımı atıb.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası (TFF) İstanbul təmsilçisinin səfərdə 2:1 hesabı ilə qalib gəldiyi görüşdə ev sahiblərinin sayılmayan qolunun qaydalar çərçivəsində vurulduğunu etiraf edib.

Matçın 49-cu dəqiqəsində sivaslıların vurduğu top VAR-a baxıldıqdan sonra ləğv olunsa da, federasiya hakimlərin həmin epizodda yanlış qərar qəbul etdiyini açıqlayıb. Həmin matçın VAR hakimi məhz Özgüç Türkalp olub.