Səid Xətibzadə iranlı sürücülərin sərbəst buraxılmasından danışdı
İran Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycanda saxlanılan iki iranlı sürücünün sərbəst buraxıldığını təsdiqləyib
İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Azərbaycan Respublikasında saxlanılan iki iranlı sürücünün sərbəst buraxıldığını təsdiqləyib.
Qazet.az "Fars News"a istinadla xəbər verir ki, bu gün keçirilən brifinqdə o deyib:.
"Bu yaxınlarda Nyu-Yorkda keçirilən məsləhətləşmələrdən sonra Azərbaycan Respublikası polisi tərəfindən saxlanılan 2 İran vətəndaşı, sürücüsü ilə bğlı XİN rəhbərlərinin telefon danışığı olub. Oktyabrın 21-i səhər sürücülər sərbəst buraxılıb və İslam Respublikasının səfirliyinə təhvil verilib. İndi onların İrana gəlişi üçün keçid prosesi hazırlanır".
Səid Xətibzadə əlavə edib:
"Baş verən bu dəyişiklik daha çox vəziyyyətin normallaşması istiqamətindədir və ümid edirəm ki, hər kəs bölgədə daha normal vəziyyətə sahib olmağımıza kömək edəcək".
Xatırladaq ki, Azərbaycan Respublikasının Gömrük Komitəsi bu gün İran vətəndaşları Şahrud Nouruzi və Cəfər Bərzegarın sərbəst buraxıldığını açıqlayıb.
Bundan əvvəl, oktyabrın 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı zamanı İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian yük maşınlarının tranziti probleminin həllinin vacibliyini vurğulayıb.
Ceyhun Bayramov, həmçinin iki ölkənin gömrük rəsmilərinə İran mallarının tranzit problemlərinin həlli üçün danışıqlar aparmağı təklif edib.