Şəkidə içərisində koronavirus xəstəsi olan təcili tibbi yardım maşını qəzaya düşüb
Hadisə
19:21 27 dek, 2021
Faktla bağlı araşdırma aparılır
Qaxdan koronavirus xəstəsini aparan təcili tibbi yardım maşını Şəkidə qəzaya düşüb.
Qazet.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb.
Belə ki, Qax rayon sakini, 1988-ci il təvəllüdlü Amiran Bayramaşvilinin idarə etdiyi Qax Rayonu Mərkəzi Xəstəxanasına məxsus təcili tibbi yardım maşını yük avtomobili ilə toqquşub. Nəticədə təcili tibbi yardım maşınının sürücüsü və Qaxdan Qobustan rayonuna aparılan koronavirus xəstəsi xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.