Bakı 6˚C Sunny

Şəkidə zəlzələ olub

Hadisə 00:46 19 dek, 2022
Şəkidə zəlzələ olub

Şəki şəhərində zəlzələ olub.

Qazet.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
 

Bildirilib ki, yerli vaxtla saat 00:07-də Şəki stansiyasından 7 kilometr qərbdə, Şəki şəhərində zəlzələ qeydə alınıb. Yeraltı təkanların yerin 6 kilometr dərinliyində qeydə alındığı bildirilib.

"Zəlzələ Şəki şəhərində 3 bala qədər hiss olunub",- deyə məlumatda qeyd olunub.