Bakı 24˚C Partly sunny

Selçuk Bayraktar xalqımıza başsağlığı verib

Gündəm 11:05 01 dek, 2021

 Selçuk Bayraktar dərdimizə şərik oldu

Selçuk Bayraktar xalqımıza başsağlığı verib

"… Azərbaycanda baş verən helikopter qəzası ürəyimizi parçaladı. Can Azərbaycanın dərdini ürəkdən paylaşırıq”.

Qazet.az xəbər verir ki, bu sözləri Türkiyənin "Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar öz tviter səhifəsində yazıb.

"Şəhid olan qəhrəman hərbçilərimizin ruhu şad, məkanı cənnət olsun. Yaralılarımızın tezliklə sağalmasını arzulayıram. Türk millətinin başı sağ olsun” deyə Selçuk Bayraktar sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edək ki, dünən Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfər hərbçi  yaralanıb, 14-ü isə həlak olub. Faktla bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.