Bakı 5˚C Showers

Selena Qomez psixi sağlamlığa sərmayə yatıracaq

Maraqlı 14:07 23 noy, 2021

29 yaşlı müğənni psixi sağlamlıqla bağlı media şirkəti yaratmağa qərar verib

Selena Qomez psixi sağlamlığa sərmayə yatıracaq

Selena Qomez yeni investisiya qərarı verib.

Qazet.az xəbər verir ki, 29 yaşlı müğənni son 5 ildə sağlamlıqla bağlı açıqlamalarından sonra bu sahədə ictimai fəal olaraq görülüb.

Qeyd edək ki, o, 2017-ci ildə “lupus” xəstəliyi olduğu üçün böyrək nəqli əməliyyatı keçirib.

Selena Gomez qeyri-real mükəmməllik standartlarının psixi sağlamlıq zərərinə qarşı mübarizəsinə sərmayə qoymağa qərar verib.

Amerikalı müğənni psixi sağlamlıqla bağlı media şirkəti yaratmaq qərarına gəlib. Şirkətin adı “Wonder Mind” olacaq.

“Cəmiyyət daim bizə kifayət qədər yaxşı olmadığımızı söyləyir. Məqsədim qeyri-real gözəllik standartlarını yıxmaqdır. Şəxsi təcrübəmdən mən bu qeyri-mümkün gözəllik standartlarının psixi sağlamlığıma çox təsir etdiyini görmüşəm və eyni şəkildə hiss edən bir çox insan tanıyıram” deyə Selena Qomez paylaşımında yazıb.