Bakı 9˚C Sunny

Selin Dion sağalmaz xəstəliyə tutulub

Gündəm 21:47 08 dek, 2022
Selin Dion sağalmaz xəstəliyə tutulub

Dünya şöhrətli kanadalı müğənni Selin Dion əzələ sərtliyi sindromundan (əzələ sərtliyinə və əzələ spazmlarına səbəb olan nadir və sağalmaz nevroloji xəstəlikdir) əziyyət çəkir.

Qazet.az xəbər verir ki, bu barədə 54 yaşlı sənətçi sosial şəbəkədə məlumat verib. Müğənni səhhətinə görə bütün konsertlərini təxirə saldığını bildirib.

Selin Dion gələcəkdə üz əzələlərinin zədələnməsindən və hərəkətsiz qalma təhlükəsinin yarandığını vurğulayıb:

"Uzun müddətdir səhhətimdə problemlər var. Onlarla üz-üzə gəlmək və bütün yaşadıqlarım haqqında danışmaq mənim üçün çox çətin idi. Bu yaxınlarda mənə çox nadir rast gəlinən, sərtlik sindromu adlanan və milyonda bir insanda rast gəlinən nevroloji xəstəlik diaqnozu qoyuldu. Bu nadir xəstəliyi hələ də öyrənsək də, spazmlarımın səbəbi olduğunu bilirik. Təəssüf ki, bu spazmlar gündəlik həyatımın hər sahəsinə təsir edir, bəzən yeriməkdə çətinlik çəkir və əvvəlki kimi oxumaq üçün səs tellərimdən istifadə etməyimə mane olur".