Səmaların ulduzu: "TurAz Şahini - 2021" təlimi üzrə uçuşlar yerinə yetirilir
Gündəm
17:29 13 sen, 2021
Türkiyə və Azərbaycan şahinləri səmalarda birgə qanad çalacaq

Türkiyə Respublikasının Konya şəhərində keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimlərində aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilir.
Müdafiə Nazirliyindən Qazet.az-a verilən məlumata görə, təlimdə Vətən müharibəsində qazanılan təcrübə qardaş ölkənin hərbi pilotları ilə birgə təhlil olunaraq müxtəlif senarilər üzrə məşq etdirilir.
Senarilərə əsasən hərbi pilotlar tərəfindən qalxma və enmə, şərti hava və yer hədəfinin məhv edilməsi, kiçik və orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunur.