Səmayə Məmmədovaya yeni vəzifə verildi
Gündəm
12:07 02 dek, 2022
Tanınmış jurnalist Səmayə Məmmədovaya yeni vəzifə verilib.
Qazet.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, S.Məmmədova Şuşa şəhər Dövlət Qoruqu İdarəsinin İctimaiyyətlə əlaqələr ve informasiya təminatı şöbəsinə müdir təyin edilib.
Qeyd edək ki, jurnalist bundan əvvəl Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri vəzifəsində çalışıb.