Şəmkir sakini qardaşını bıçaqlayıb
Hadisə
07:59 30 noy, 2022
Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
Qazet.az-ın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.
1978-ci il təvəllüdlü Anar Babayev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməmliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə A.Babayev qardaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.