Bakı 2˚C Mostly cloudy

Şəmkirdə 2 mərtəbəli ev yanıb

Hadisə 18:08 30 dek, 2021

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Şəmkirdə 2 mərtəbəli ev yanıb

Şəmkir rayonunun Düyərli kəndində ümumi sahəsi 150 m² (hər mərtəbəsi 75 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları 45 m² sahədə və içərisindəki ev əşyaları ilə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Qazet.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.