Bakı 9˚C Intermittent clouds

Şəmkirdə 62 yaşlı kişi yanıq xəsarətləri aldı

Hadisə 01:53 09 yan, 2023
Şəmkirdə 62 yaşlı kişi yanıq xəsarətləri aldı

Şəmkir sakini, epilepsiya xəstəliyində əziyyət çəkən 1961-ci il təvəllüdlü V.İbrahimov həyətində qaladığı ocağın üstünə yıxılaraq, ağır dərəcəli yanıq xəsarətləri alıb.

Qazet.az xəbər verir ki, o, yaxınları tərəfindən əvvəlcə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Orada V.İbrahimova ilkin tibbi yardım göstərildikdən sonra Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.