Şəmkirdə avtomobil 12 yaşlı uşağı vurub
Hadisə
23:54 09 okt, 2022
Şəmkirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Qazet.az xəbər verir ki, hərəkətdə olan minik maşını yolu qarşı tərəfə keçmək istəyən 2010-cu il təvəllüdlü Fərəh Həsənlini vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.