Bakı 4˚C Mostly cloudy

Şəmkirdə qadın dərmandan zəhərlənib

Cəmiyyət 09:30 07 yan, 2023
Şəmkirdə qadın dərmandan zəhərlənib

Şəmkirdə zəhərlənmə faktı qeydə alınıb.

Qazet.az xəbər verir ki, hadisə rayonun Dələrcəyir kəndində qeydə alınıb.

1985-ci il təvəllüdlü Aynurə Cəfərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadının vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə A.Cəfərova dərman içərək zəhərlənib. Onun hansı səbəbdən dərman içməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.