Bakı 24˚C Partly sunny

Səmra şəhərində İŞİD-in terror aktının qarşısı alınıb

Gündəm 14:14 01 dek, 2021

Bir terrorçu öldürülüb, İŞİD-ə məxsus 6 gizli saxlanc aşkar edilib

Səmra şəhərində İŞİD-in terror aktının qarşısı alınıb

İraqın təhlükəsizlik qüvvələri İŞİD-in Səmrada terror əmaliyyatı həyata keçirmək niyyətində olduğu barədə məlumat əldə ediblər.

Qazet.az ərəb mənbələrinə istinadən xəbər verir ki, İŞİD terror əmaliyyatını dünən axşam saatlarında törətməyi planlaşdırıb. Terrorçular imamların məzarlarını, Səmra bazarını və əhalinin sıx toplaşdığı yerləri hədəfə almaq istəyiblər.

Məlumatlı mənbənin məlumatına görə, bu əməliyyat Əl-İshaq bölgəsindən başlanmalı və avtomobildə bombanın partlaması ilə həyata keçirilməli idi.