Bakı 22˚C Mostly sunny

"Sən yaxşı qapıçısan, cəsarətlə qabağa gedirsən" - Prezidentin Şahruddinlə söhbəti / VİDEO

Gündəm 19:29 13 dek, 2021

O qolu sən vurmuşdun deyəsən “İnter”ə, saymadılar

"Sən yaxşı qapıçısan, cəsarətlə qabağa gedirsən" <span style="color:red">- Prezidentin Şahruddinlə söhbəti / VİDEO</span>

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Qarabağ” klubunu qəbul edib.

Qazet.az xəbər verir ki, ölkə başçısının klub üzvləri ilə səmimi görüşü və söhbəti sosial şəbəkələrdə müsbət qarşılanıb.

Dövlət başçısı komandanın braziliyalı legioneri Riçard Almeydanın 2014-cü ildə “İnter”ə vurduğu qolu xatırlayıb: “O qolu sən vurmuşdun deyəsən “İnter”ə, saymadılar”.

Daha sonra İlham Əliyev Kadi Borxeslə də söhbətləşib: “Sən də qol vurmusan, saymayıblar”.

Prezident komandanın qapıçısı Şahruddin Məhəmmədəliyevi oyununu müsbət dəyərləndirib: "Sən də yaxşı qapıçısan, cəsarətlə qabağa gedirsən".