Sənaye zonalarına investisiya yatırılacaq
Gündəm
11:35 09 yan, 2023
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında qeydiyyata alınmış rezidentlərin ümumilikdə 171 milyon manat investisiya yatırması, 2 400-dən çox iş yeri yaratması planlaşdırılır.
Qazet.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov “Twitter”də bildirib.
Onun sözlərinə görə, ötən il sənaye zonalarında 28 sahibkarlıq subyektinə rezident statusu verilib.
2022-ci ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin (@economiczones) idarəçiliyində olan sənaye zonalarında 28 sahibkarlıq subyektinə rezident statusu verilib.
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 9, 2023
1/2