Bakı 15˚C Intermittent clouds

Sənədsiz evlər söküləcək, yoxsa sənəd veriləcək? - VİDEO

Cəmiyyət 13:18 09 fev, 2022

 Artıq belə tikililərin xəritəsi, sayı, yerləşdiyi ərazilər müəyyən edilib

Sənədsiz evlər söküləcək, yoxsa sənəd veriləcək? - VİDEO

Yaxın bir neçə ildə Azərbaycanda qanunsuz tikili qalmayacaq. Fövqəladə Hallar Nazirliyi bununla bağlı müvafiq işlər görür. Artıq belə tikililərin xəritəsi, sayı, yerləşdiyi ərazilər müəyyən edilib. 

Qazet.az Xəzər TV-yə istinadən xəbər verir ki, Əmlak Məsələləri üzrə ekspert Nüsrət İbrahimov da bu istiqamətdə görüləcək ilk işin məhz inventarlaşma olduğu qənaətindədir. Qanunsuz tikililərin taleyinə gəlincə isə ekspertin fikrincə, problemin tam həlli, düşünüldüyü kimi, yaxın zamanda real görünmür.  Çünki görülən tədbirlərlə paralel olaraq tikinti normalarının pozulması hallarına hələ də rast gəlinir.

Nüsrət İbrahimov deyir ki, problemin həlli çox mərhələli plan üzrə aparılmalıdır.

Ətraflı videomaterialda: