Seneqal Prezidenti yeni Baş naziri təyin edib
Xəbərlər
19:56 17 sen, 2022
Seneqal Prezidenti Maki Sal Amadu Banı baş nazir təyin edib.
Qazet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Seneqalın Mətbuat Agentliyi məlumat yayıb.
Ba hökumətdə müxtəlif vəzifələrdə böyük təcrübəyə malikdir. Belə ki, 2013-2019-cu illərdə Ba Seneqalın maliyyə və iqtisadiyyat naziri, 2019-cu ilin yazından 2021-ci ilin noyabrınadək isə xarici işlər naziri vəzifələrində çalışıb.
Parlamentin qərarı ilə Seneqalda Baş nazir postu 2019-cu ilin yazında ləğv edilib, lakin 2021-ci ilin dekabrında bərpa edilib.