Seneqalda miqrantların olduğu qayıq aşıb, 8 nəfər ölüb
Gündəm
23:15 29 iyn, 2022
Faktla bağlı araşdırma aparılır.

Seneqalın cənubunda qanunsuz miqrantları daşıyan qayığın aşması nəticəsində azı 8 nəfər ölüb.
Qazet.az xəbər verir ki, hadisə Ziqinçor bölgəsindəki Kafutin rayonunun sahillərində baş verib.
Regionun qubernatoru Guej Dioufin jurnalistlərə verdiyi məlumata görə, gəmidə 100-dən çox miqrant olub, onlardan 92-si xilas edilib.
Faktla bağlı araşdırma aparılır.
interfaks