Bakı 4˚C Intermittent clouds

Sentyabr ayı Babi Yar qətliamının baş tutduğu aydır

Tarix 13:18 29 sen, 2021

Dərənin tamamən doldurulub ağaclarla əhatə olunması səbəbindən araşdırmaçılar köhnə fotolara əsasən də dəqiq nəticə çıxara bilmirlər

Sentyabr ayı Babi Yar qətliamının baş tutduğu aydır

Babi Yar Ukraynada 2-ci dünya müharibəsi zamanı yaşanan ən dəhşətli qətliamların birinin olduğu yerdir. Bütün Avropa boyu yəhudiləri toplu qətliamlarla məhv edən alman nasist qüvvələri Ukrayna ərazisində də bu hərəkətləri etməkdə qətiyyətli idi. 80 il əvvəl bu ərazilərdə 34 mindən çox yəhudi qətl edilib.

Qazet.az xəbər verir ki, araşdırmaçıların verdiyi məlumatlara əsasən bu qətliamlar zamanı almanlar Ukrayna yəhudilərinə çox də resurs xərcləməmişdi. Onları konsentrasiya kamplarına daşımaq əvəzinə güllə ilə meşələrdəcə öldürüb sonra da toplu məzarlıqlarda izlərini yox edib.

Babi Yar. Context: deciphering the beginnings of a horrific event -  Festival de Cannes

İnsanlar səhər saatlarında küçəyə yığılanda Almaniyaya ya da Fələstin ərazisinə aparılacaqlarına ümid edirdi. Ancaq onlar yığıldıları yerdən bir başa Babi-Yar dərəsinə aparılaraq elə oradaca güllələndilər. 

Hadisənin günü bu gün belə tam dəqiq dərənin hansı hissəsində baş verdiyi və ölənlərin dəqiq sayı, basdırıldıqları toplu məzalığın yeri hələ də məlum deyil. Dərənin tamamən doldurulub ağaclarla əhatə olunması səbəbindən araşdırmaçılar köhnə fotolara əsasən də dəqiq nəticə çıxara bilmirlər. “The Centre for Spatial Technologies” köhnə şəkillərdəki dağlıq ərazilərdən və təpələrə əsasən 3D xəritə çıxararaq dəqiq yer tapmağa cəhd edib. 

Exhumations of Graves in Babi Yar, Where Soviet Citizens Were... | Download  Scientific Diagram

Xatırladaq ki, hələ də 1941-ci ilin Sentyabr hadisələrinin harada baş tutduğu dəqiq bilinmir. Ancaq araşdırmaçılar güman edilir ki, ərazidə yerləşən bir bina tam olaraq toplu məzarlığın üzərində tikilib.

-


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.