SEPAH-ın tədqiqat mərkəzində yanğın olub
Gündəm
04:12 27 sen, 2021
Hadisə nəticəsində yaralanan 3 nəfər xəstəxanaya aparılıb.

Tehranın qərbində yerləşən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) tədqiqat mərkəzlərindən birində yanğın qeydə alınıb.
Bu barədə qazet.az “İSNA”ya istinadən xəbər verir.
Hadisə nəticəsində yaralanan 3 nəfər xəstəxanaya aparılıb. Yanğın artıq lokallaşdırılıb. Hadisənin səbəbləri araşdırılır.