SEPAH-ın zabiti öldürülüb
Hadisə
00:55 04 yan, 2023
![SEPAH-ın zabiti öldürülüb](https://qazet.az/resized/fit900x500/center/pages/137955/63b48ba3812e763b48ba3812e8167277661163b48ba3812e563b48ba3812e6.jpg)
İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitinə qarşı sui-qəsd olunub.
Qazet.az-ın məlumatına görə, Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun zabiti Qasim Fətullah evinin qarşısında naməlum şəxs tərəfindən güllələnib.
Məlumatda bildirilir ki, 4 güllə yarası alan zabit xəstəxanada həyatını itirib.
Öldürülən Qasim Fətullahi SEPAH-ın Məhəmməd Rəsulullah briqadasının zabiti olub.
Faktla bağlı cinayət işi açılıb.