SEPAH rəhbəri etirazçıları hədələdi: “Gənclər düşmənlərin siyasi şahmat fiquruna çevrilməsinlər”
Gündəm
23:36 10 okt, 2022
İran İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Hüseyn Səlami ölkənin əvvəlki rəsmilərinin açıqlamalarını təkrar edərək, iranlı etirazçıların “düşmənin təlqinlərinin təsiri altında” olduqlarını iddia edib və onlara xəbərdarlıq edib: “İslam Respublikasının düşmənlərinin siyasi şahmat fiqurları olmasınlar!”.
Qazet.az xəbər verir ki, “Təsnim” xəbər ajnsının məlumatına görə, Hüseyn Səlami oktyabrın 10-da İran xalqının ümumölkə qiyamını İslam Respublikasının “böyük nailiyyətlərini pozmağa cəhd” olduğunu bildirib.