SEPAH rəsmisi: “Sabahdan İran Araz çayı kənarında hərbi təlimə başlayır”
İran İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı deyib: "SEPAH-ın Quru Qoşunlarının bacarıqlarının nümayiş etdirilməsi məqsədilə hərbi təlimlərinin əsas mərhələsi sabah “Qüdrətli İran” şüarı ilə başlayacaq".
Qazet.az xəbər verir ki, sözügedən təlim SEPAH-ın Quru Qoşunlarının "Aşura" Qərargahı tərəfindən Ərdəbil və Şərqi Azərbaycan vilayətlərində keçiriləcək.
“Helekoprterlə manevr və paraşüt əməliyyatları, gecə hücum əməliyyatları, helikopterlə döyüş əməliyyatları, döyüş və kamikadze dronları əməliyyatları, o cümlədən Araz çayı üzərində körpü salınması, rabitə yollarının ələ keçirilməsi və nəzarət, yüksəkliklərin ələ keçirilməsi və hücum zamanı məhv edilməsi adıçəkilən təlimin müxtəlif mərhələlərini təşkil edir”-deyə, SEPAH rəsmisi əlavə edib.