Separatçılarla danışıq olmayacaq - Yermak
Gündəm
15:45 26 yan, 2022
Bunu Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak Normand formatı çərçivəsində keçiriləcək görüşdən danışarkən deyib

Separatçılarla birbaşa danışıqlar olmayıb, olmayacaq da.
Qazet.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak Normand formatı çərçivəsində keçiriləcək görüşdən danışarkən deyib.
“Təəssüf ki, böyük pozuntularla işləyən tam atəşkəs rejiminin bərpasından, humanitar məsələlərdən, keçid məntəqələrinin açılmasından və Normand formatının gələcəyindən danışacağıq”, - Yermak bildirib.