Bakı 25˚C Mostly sunny

Serbiya Azərbaycandan elektrik enerjisi alacaq

Xəbərlər 01:27 17 sen, 2022
Serbiya Azərbaycandan elektrik enerjisi alacaq

“Serbiyanın Dövlət Enerji Şirkəti Azərbaycandan 2600 MVt/saat elektrik enerjisi alacaq”.

Qazet.az xəbər verir ki, bunu Serbiyanın Baş nazirinin müavini, dağ-mədən və energetika naziri Zorana Mixayloviç “Reuters”ə deyib.

Nazir bildirib ki, Serbiya Türkiyə ilə elektrik enerjisinin nəqlini müzakirə edir.

Xatırladaq ki, bundan əvvəl Serbiya Prezidenti Aleksandr Vuçiç bildirmişdi ki, ölkəsi 2023-cü ildə Azərbaycandan təbii qaz almağı planlaşdırır.